Aleksandr Nikolov: “Bolqarıstanın məqsədi Xəzər regionundan təbii qaz tədarükünün genişləndirilməsidir”

“Cənub Qaz Dəhlizi Bolqarıstanı və onun qaz-nəqliyyat sistemini bütün Mərkəzi və Cənub-Şərqi Avropa regionu üçün alternativ mənbələrdən qaz təchizatı infrastrukturunun vacib hissəsinə çevirəcək”. 

Bunu Bolqarıstanın energetika naziri Aleksandr Nikolov bildirib.

A.Nikolov qeyd edib ki, Cənub Qaz Dəhlizi həm də Yunanıstanla Bolqarıstan arasında interkonnektorla birləşəcək: 

“Bu layihə Bolqarıstana, Mərkəzi və Cənub-Şərqi Avropanın digər ölkələrinə Cənub Qaz Dəhlizinə çıxış imkanı təqdim edəcək. Bu, həm də Bolqarıstana “Şahdəniz-2” yatağından razılaşdırılmış illik 1 milyard kubmetr qaz almağa imkan verəcək. Bolqarıstanın enerji mənbələrinin şaxələndirilməsi ilə bağlı əsas məqsədlərindən biri Xəzər regionundan təbii qaz tədarükünün genişləndirilməsidir”.

0.31928896903992