Həbsdə olan sabiq icra başçısı Ali Məhkəməyə müraciət edib

Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov kassasiya şikayəti verib.

Bu barədə “Report”a onun vəkili Elnur Vəliyev bildirib.

O deyib ki, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib. Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.

0.28707098960876