İdarə rəisi: “Vətəndaş evdən çıxmadan həm bank, həm də natorial xidmətlərdən istifadə edəcək”

“2019-cu ildə nazirlik mobil notariat tətbiqini istifadəyə verib və video yazı üzərindən vətəndaş məlumatlarının təsdiqini həyata keçirirdi. Bu gün bir çox dövlət qurumlarında da tətbiq edilən mobil tətbiqlərdən ən populyarı məhz budur”.

Xeber-ps.com xəbər verir ki, bu sözləri İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə Ədliyə Nazirliyi və Paşa Bank tərəfdaşlığı ilə notarius vasitəsilə vətəndaşın eyniləşdirilməsi sisteminin onlayn bankda tətbiqi layihəsinin təqdimatına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu gün mobil notariat tətbiqinin 200 min istifadəçisi var: “Bu gün Paşa Bankla aramızda aparılan əməkdaşlıq bank müştərilərinin işini asanlaşdıracaq. Belə ki, sistem evindən çıxmadan vətəndaşdan notarial qaydada tələb edilən sənədləri və məlumatları videogörüntü vasitəsilə tələb edir. Nəticədə vətəndaş nəinki notarial qaydada zəruri sənədlərdən, eləcə də bank xidmətlərindən də rahat şəkildə istifadə edə biləcəklər”, - deyə A.Səmədzadə qeyd edib.

0.43451905250549