Türkiyənin 50 ən yaxşı baş maliyyə direktoru: Onlardan biri azərbaycanlıdır – FOTO

Türkiyənin ən yaxşı 50 baş maliyyə direktorunun adı açıqlanıb.

Onlardan biri də azərbaycanlı Elçin İbadovdur.

Elçin İbadov İllinoys Universitetinin məzunudur. O, 2002-ci ildə “World Trade Center Chicago”da işləyib.

2003-2014-cü illərdə “PwC” şirkətində əmək fəaliyyəti ilə məşğul olub. 2014-2019-cu illərdə “STAR Rafineri”də yüksək vəzifə tutub.

2019-cu ildən “Petkim” şirkətinin baş maliyyə direktorudur.

Elçin İbadov “Harvard Business “School”da sertifikat proqramlarını bitirib.

Mənbə: Milliyet

0.37848496437073