Şəkidə ağaca çırpılan “Niva” aşdı, dörd nəfər yaralandı - FOTO

Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Kiş kəndində qeydə alınıb.

Belə ki, 99-UZ-141 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobil yoldan çıxaraq əvvəlcə ağaca çırpılıb, daha sonra aşıb.

Nəticədə avtomobildə olan dörd nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

0.3354218006134