Masallıda avtomobil aşıb, xəsarət alanlar var

Masallı rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

“Report”un Cənub Mərkəzinin xəbərinə görə, hadisə Yardımlı-Masallı yolunun “İsti-su” sanatoriyasının yaxınlığında baş verib.

Belə ki, UAZ markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə Lerik rayonunun Nücü kənd sakinləri - 1973-cü il təvəllüdlü Yalçın Vəkil oğlu Ağayev, 1983-cü il təvəllüdlü Camal Bilal oğlu Rəhimov və 2004-cü il təvəllüdlü Yusif Siyavuş oğlu Seyfullayev müxtəlif dərəcəli bədən xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

0.28907489776611