Şəmkirdə koronavirus xəstəsi toyda saxlanıldı

Şəmkirdə toy mərasimində iştirak edən koronavirus xəstəsi saxlanılıb.

Xeber-ps.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan Rəvan Musazadənin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi və “Sakit palace” şadlıq sarayında keçirilən toy mərasimində iştirak etməsi aşkar edilib.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxslə profilaktiki söhbət aparılaraq yaşadığı evə göndərilib.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

0.38196110725403