Zaqatala sakini itkin düşüb - FOTO

Zaqatalada 18 yaşlı gənc itkin düşüb.

Bu barədə APA-nın şimal-qərb bürosuna itkin düşən 18 yaşlı Məlik İlqar oğlu Ağaməmmədovun yaxınları məlumat verib.

Məlumatda bildirilir ki, rayonun 3-cü Tala kəndində yaşayan Məlik Ağaməmmədov fevralın 7-i səhər işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Yaxınlarının dediyinə görə, Məlik Ağaməmmədovun itkin düşməsi barədə Zaqatala Rayon Polis Şöbəsinə də məlumat verilib.

Məlik Ağaməmmədov rayon mərkəzində avtomobil şinlərinin təmizlənməsi ilə məşğul olurdu.

Məlik Ağaməmmədovu görənlərdən Zaqatala Rayon Polis Şöbəsinə və 050 674 85 94 mobil nömrəsinə zəng etmələri xahiş edilir.

0.4467511177063