İsrail XİN: “Mümkün qədər tez bir şəkildə Ukraynanı tərk edin”

İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırır, hazırda Kiyevdən Təl-Əvivə uçuşların sayını artırmaq üçün aviaşirkətlərlə danışıqlar aparılır.

Bu barədə İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

“Davam edən gərginlik və eskalasiya qorxusu ilə əlaqədar Ukraynada yaşayan İsrail vətəndaşlarını mümkün qədər tez bir şəkildə ölkəni tərk etməyə çağırırıq”, - dərc edilən məlumatda qeyd olunub.

Mənbə: RİA Novosti

0.31910109519958