Rusiyada yaşayış binasında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Moskva vilayətində dörd mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Verilən ilkin məlumatda qeyd olunur ki, yanğın sahəsi 900 kv.m-dir.

Binanın taxta tavanları yanğının sürətlə yayılmasına səbəb olub.

Yanğının söndürülməsinə 24 texnika cəlb olunub.

Hələlik ölən və xəsarət alanlar barədə məlumat verilmir. 

Mənbə: İzvestiya

0.38690614700317