Rusiyada azyaşlı çoxsaylı bıçaq yaraları ilə xəstəxanaya yerləşdirildi: Anası saxlanıldı

Rusiyada beş yaşlı uşaq bıçaqlanıb.

Hadisə Saratov vilayətinin Engels şəhərində baş verib.

Azyaşlı çoxsaylı bədən xəsarətləri ilə, o cümlədən döş qəfəsi, qarın və boyun nahiyəsinin deşilmiş-kəsilmiş yaraları ilə tibb müəssisəsinə yerləşdirilib.

Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.

Onun sərxoş anası isə öldürməyə cəhd şübhəsi ilə saxlanılıb. O, törətdiyi əməli etiraf edib və buna peşman olduğunu bildirib.

Mənbə: RT

0.37637400627136