ABŞ hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb

Amerika Birləşmiş Ştatlarının hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

“ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığının Rusiya Federasiyasının dövlət sərhədini pozması ilə əlaqədar Rusiya Müdafiə Nazirliyi ABŞ-ın hərbi attaşesini çağırıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Birləşmiş Ştatlar hərbi attaşenin nazirliyə çağırılmasına səbəb Urup adasının (Rusiya ərazisidir.red) yaxınlığında Sakit Okean Donanması qüvvələrinin planlaşdırdığı təlim bölgəsində ABŞ-ın “Virciniya” nüvə sualtı qayığının aşkar edilməsidir.

Mənbə: RİA Novosti

0.37957811355591