Tanınmış türkiyəli aşpaz 14 Fevral “Sevgililər Günü” münasibətilə inəklə şəklini paylaşıb - FOTO

“Salt bae” hərəkəti ilə bütün dünyada məşhurlaşan türkiyəli aşpaz və iş adamı Nüsrət Gökçe 14 Fevral “Sevgililər Günü” münasibətilə diqqət çəkən paylaşım edib.

Belə ki, məşhur türkiyəli aşpaz inəklə bərabər foto çəkdirərək paylaşımına “Bir az tez qeyd etdik” şərhini yazıb.

Sosial şəbəkədə təxminən 43 milyon izləyicisi olan Nusret Gökçenin paylaşımı qısa müddət ərzində çoxlu baxış sayı və şərh yığıb.

Mənbə: Nusret Gökçenin rəsmi “Instagram” səhifəsi

0.35076904296875