Roman Qureviç: “Azərbaycan Prezidenti İsraillə Türkiyənin yaxınlaşması üçün xeyli səy göstərib” – VİDEO

İsrailli politoloq Roman Qureviç Türkiyə - İsrail münasibərtləri və onların istiləşməsində Azərbaycanın rolunu dəyərləndirib.

O, “BakuTV”yə müsahibəsində bildirib ki, hazırda iki ölkə arasındakı münasibətlərin normallaşması əlamətlərini müşahidə etmək olar.

“Heç şübhəsiz ki, Türkiyə və İsrail arasındakı münasibətlərin normallaşması prosesinə Azərbaycanın, xüsusən də Prezident İlham Əliyevin töhfəsi olduqca böyükdür. Məlumdur ki, əsasən də 44 günlük müharibədən sonra cənab Əliyev İsraillə Türkiyənin yaxınlaşması istiqamətində xeyli səy göstərib. Belə ki, Azərbaycanın həm İsrail, həm də Türkiyə ilə strateji münasibtləri var”, - deyə politoloq qeyd edib.

Daha ətraflı “BakuTV”nin videomaterialında:

0.32629990577698