Goranboyda minik avtomobili avtobusla toqquşub, xəsarət alanlar var

Goranboy – Naftalan avtomobil yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində minik avtomobili avtomobusla toqquşub.

Qəza nəticəsində, minik avtomobilində olan, Naftalan şəhər sakini, 1978-ci il təvəllüdlü S.Verdiyev və avtomobildə olan digər şəxs xəsarət alıb.

Onlardan S.Verdiyev xəstəxanaya yerləşdirilib, digər şəxsə isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

0.35888195037842