Bakıda mənzildən qadın meyiti aşkarlanıb

Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nizami rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Mənsurova Soltan Muxtar qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

0.31016111373901