Pentaqon: “ABŞ əsgərləri Ukraynada döyüşməyəcək”

ABŞ əsgərləri Ukraynada döyüşməyəcək.

Bunu bazar günü MCNBC telekanalının efirində Pentaqonun mətbuat katibi Con Kirbi bəyan edib.

“Prezident Co Bayden ABŞ qoşunlarının Ukraynada döyüşməyəcəyini açıq şəkildə ifadə edib”, - deyə o bildirib.

Kirbinin fikrincə, ABŞ əsgərlərinin hətta Amerika vətəndaşlarının ölkədən çıxarılması üçün istifadə edilməsi “yanlış anlaşılma riskini artıracaq və Rusiya ilə ABŞ hərbi qüvvələri arasında toqquşma ehtimalını artıracaq”.

Mənbə: TASS

0.35277986526489