Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub – AÇIQLAMA + YENİLƏNİB

Ermənistanda baş verən zəlzələ Azərbaycanın Qərb rayonlarında da hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Xeber-ps.com-a verilən məlumata görə, yerli vaxtla saat 22:25-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 5,9 olduğu üçün yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında da hiss edilib.

22:39

Azərbaycanda 3-3,5 bal gücündə zəlzələ olub.

“Report”un Qərb bürosunun məlumatına görə, yeraltı təkanlar Gəncə şəhərində qeydə alınıb.

Zəlzələ Gəncə ilə yanaşı, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən və digər ərazilərdə, o cümlədən Mərkəzi Aran rayonlarında da hiss olunub.

0.44226503372192