Kriştianu Ronaldu komanda yoldaşına tüpürdü - VİDEO

“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının 25-ci turunun “Sauthempton”la oyunundan (1:1) sonra komanda yoldaşı Entoni Elanqaya qarşı ədəbsizlik edib.

Final fitinnin ardında portuqaliyalı, çox güman ki, təsadüfən qarşısından keçən Elanqanın kürəyinə tüpürüb.

Qeyd edək ki, Ronaldu ardıcıl altı matçdır qol vura bilmir. O, bu mövsüm Premyer Liqada 20 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Mançester Yunayted”ə gəlincə, komnda 24 oyunda 40 xal toplayıb və İngiltərə Premyer Liqasının 2021/2022 mövsümünün turnir cədvəlində 5-ci yerdədir. Yarışın lideri isə 63 xalla “Mançester Siti”dir.

Mənbə: championat.com

0.32225799560547