Sevgililər Günü üçün 23,9 milyard dollar ayrılacaq

Pərakəndə satış sektoruna hərəkətlilik gətirən Sevgililər Günü çərçivəsində bu il xərclərin artımı gözlənilir.

ABŞ Milli Pərakəndə Satıcılar Assosiasiyasının (NRF) 7728 nəfərin iştirakı ilə apardığı sorğunun nəticələri göstərir ki, amerikalı istehlakçıların 53 faizi bu əlmədar tarixi qeyd etməyi planlaşdırır.

Bu il Sevgililər Günü üçün ABŞ sakinlərinin öz büdcələrindən ümumilikdə 23,9 milyard dollar ayıracağı bildirilir.

Qeyd edək ki, keçən il bu rəqəm 21,8 milyard dollar olub.

Mənbə: “Anadolu”

0.31796002388