“Barselona” “Katalon derbisi”nə qolla başlayıb, qolla bitirdi - VİDEO

İspaniya La Liqasının XXIV turu “Katalon derbisi” ilə əlamətdar olub.

Xeber-ps.com xəbər verir ki, “Espanyol” “Barselona”nı qəbul edib.

“Barselona” qarşılaşmanın ikinci dəqiqəsində Pedrinin erkən qolu ilə hesabı açsa da, sevinci uzun çəkməyib.

Belə ki, öncə 40-cı dəqiqədə Darder “status-kvo”nu bərpa edib. Ardınca isə 64-cü dəqiqədə “Espanyol”un hücumçusu de Tomas komandasını önə çıxaran qola imza atıb.

Bununla belə, təslim olmayan “Barselona” qarşılaşmaya əlavə olunmuş 6-cı dəqiqədə De Yonqun qolu ilə məğlubiyyətdən qaçmağı bacarıb.

Qarşılaşmanın qollarını təqdim edirik:

0.32117390632629