NATO-nun ilk daimi döyüş qrupu Rumıniyada yaradılacaq

Fransanın komandanlığı altında NATO-nun ilk daimi döyüş qrupu alyansın şərq cinahının cənub hissəsində, Rumıniyada yerləşəcək.

Buna bazar günü NATO baş katibinin müavini Mirça Coana “Digi 24” telekanalına müsahibəsində bildirib.

“Gələn həftə NATO-nun müdafiə nazirlərinin çox mühüm toplantısı olacaq. Əminəm ki, Rumıniyada NATO-nun bu dəfə daimi döyüş qrupunun yaradılması ilə bağlı birgə qərar qəbul edə biləcəyik. Biz digər müttəfiqlərin də NATO-nun Rumıniyada daimi mövcudluğuna töhfə verəcəklərini gözləyirik”, - deyə hərbi ittifaq rəsmisi bəyan edib.

Qeyd edək ki, hazırda NATO-nun Baltikyanı ölkələrdə və Polşada dörd döyüş qrupu var. Polşada ABŞ, Estoniyada Britaniya, Litvada Almaniya, Latviyada isə Kanada alyans qüvvələrinə başçılıq edir.

Mənbə: “RİA Novosti”

0.37802410125732