Avropanın ən çox axtarılan narkotacirlərindən biri həbs edilib - VİDEO

Avropa İttifaqında ən çox axtarışda olan narkotacirlərindən biri, Sloveniya vətəndaşı İspaniyada saxlanılıb.

İspaniya Milli Polisinin məlumatına görə, qaçaqmalçı ailəsi ilə birlikdə yaşadığı Barselonadakı elit bir məhəllədə yaxalanıb.

“Saxlanılan şəxs Avropol tərəfindən ən çox axtarılan cinayətkarlardan biri idi", - polisin açıqlamasında deyilir.

Sloveniya vətəndaşı bir neçə ildir ki, axtarışdadır. Cinayətkarın tutulması əməliyyatı Sloveniya hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib və onlar İspaniya tərəfinə, xüsusən də onun gizləndiyi uydurma adlar və istifadə etdiyi avtomobillər barədə məlumat veriblər.

Sloveniya Prokurorluğu cinayətkarı 300 kq-dan çox heroinin qanunsuz dövriyyəsində ittiham edir.

Mənbə: eadaily.ru

0.40786004066467