LeBron Ceyms NBA rekordunu qırdı – FOTO/VİDEO

“Lakers”in ulduz hücumçusu LeBron Ceyms müntəzəm mövsümdə və pley-offda karyerası ərzində ən çox xal toplayan NBA basketbolçusu olub.

O, “Lakers”in “Golden State” ilə səfər oyununda üçüncü hissədə uzaqdan atış ilə karyerasındakı 44 152-ci xalını toplayaraq adını idman tarixinə yazdırıb.

37 yaşlı LeBron 266 oyunda 7631 xalla pley-offun ən sərrast oyunçuları siyahısına  başçılıq edir. Lakin müntəzəm çempionatın xallar cədvəlində hələ ki, üçüncü yerdə qərarlaşıb.

Mənbə: sports.ru

0.32598400115967