Dövlət Agentliyinin sədrindən YENİ TƏYİNAT

Kliniki Tibbi Mərkəzin, İnfeksion xəstəliklər şöbəsinin müdiri, həkim infeksionisti Fərrux Sədirov “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”nın sədri təyin edilib.

Xeber-ps.com xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev müvafiq qərar imzalayıb.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Xeber-ps.com-a bildirilib ki, Mərkəzin şöbə müdiri ilə yanaşı, daha üç həkim əməkdaşları Komissiyaya yeni üzv seçilib:

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev müvafiq qərarına əsasən, sədr ilə yanaşı o cümlədən komissiyanın tərkibinə də dəyişiklik həyata keçirib. Yeni dəyişikliklərə görə, komissiyanın yeni üzvləri arasında bir nəfər Agentlikdən, bir nəfər TƏBİB-dən, bir nəfər Mərkəzi Neftçilər Xəstəxanasından, sədrdən əlavə daha üç nəfər Kliniki Tibbi Mərkəzdən və mərkəzin tabeliyindəki 2 saylı Klinik Uşaq Xəstəxanasından həkimlər yer alır”.

Xatırladaq ki, Komissiyanın əvvəlki sədri həkim-infeksionist Vasif Əliyev olub.

Qeyd edək ki, bununla bağlı ilk məlumatı APA yayıb.

Könül Cəfərli

0.41720294952393