Nigar Camal Sevgililər Günündə yandırıb-yaxdı: “Gəl, qucaqla məni” - VİDEO

Azərbaycana 2011-ci ildə “Avroviziya” qalibiyyəti bəxş edən cazibədar müğənni Nigar Camal Sevgililər günündə yeni klipini izləyicilərinə təqdim edib.

Sənətçi “Gəl, qucaqla məni” adlı klipini rəsmi “Youtube” kanalında paylaşıb.

Mahnının sözləri Leyli və İsmayıl Əsədova, musiqisi İsmayıl Əsədova aiddir.

Klipini həm də “Instagram” hesabında paylaşan sənətçi bu sözləri yazıb:

“Bu gün bütün dünyada Sevgililər Günü kimi qeyd edilir. Düşünürəm ki, sevgini ən gözəl ifadə etməyin yollarından biri də qucaqlaşmaqdır. Qucaqlaşarkən beyin endorfin istehsal edir. Qucaqlayıb gözlərimizi yumuruq, sanki dünyanın xoşbəxti bizik. Mən hər kəsə sevdiyini və ona layiq olan insanı tapmağı arzu edirəm. Bayramınız mübarək! Sevin, sevilin! Bu mahnı da məndən sizə bayram hədiyyəsi olsun. Bir-birinizi tez-tez qucaqlayın! İnsanın ömrü uzanır. Mən demirəm, alimlər belə deyir!”

0.32478189468384