ABŞ-da qanlı gecə: Bıçaqla 11 nəfəri yaraladı

ABŞ-ın Nyu-Meksiko ştatında bıçaqlı şəxsin hücumu nəticəsində 11 nəfər yaralanıb.

Bu barədə ştatın hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə Albukerke şəhərində baş verib. Cinayətkar velosipedlə təkbaşına hərəkət edib. Polis onun ayrı-ayrı rayonlarda hücumlar təşkil etməsini istisna etməyib.

Yaralılar xəstəxanaya çatdırılıb. Polis şübhəlinin saxlanıldığını qeyd edib.

0.40810799598694