Qusarda qadın bıçaqlanıb

Qusar rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Kuzun kəndində qeydə alınıb.

1980-ci il təvəllüdlü Sənubər Rəsulova bıçaq xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

0.35266780853271