Kişi meşədə həmyerlisini güllələdi - TƏFƏRRÜAT

Baş Prokurorluq dünən Şəkidə baş verən hadisə ilə bağlı məlumat yayıb.

Qurumdan daxil olan açıqlamada qeyd edilib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təklüləli ov tüfəngi ilə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan N. Mustafayevi güllələyərək öldürüb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq tədbirləri davam etdirilir”.

0.32694292068481