Bakıda 28 yaşlı gənc bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, insident Yasamal rayonunda qeydə alınıb.

Metronun “20 yanvar” stansiyasının yanında 1994-cü il təvəllüdlü Abdullayev Əyyub Firdovsi oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

0.4694390296936