Şabranda narkotik dövriyyəsinə qarşı əməliyyat keçirilib - FOTO

Şabran  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Seymur Aslanov saxlanılıb.

Həmin şəxsin üzərinə, eləcə də yaşadığı evə baxış keçirilən zaman “patı”, “şüşə” adlandırılan psixotrop maddə metamfetamin, narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

0.36604499816895