Ukrayna gərginliyi fonunda Azərbaycan ən etibarlı enerji təchizatçısıdır - AÇIQLAMA

Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün həm alternativ enerji mənbəyi təminatçısıdır, həm də alternativ marşrutdur.

Xeber-ps.com xəbər verir ki, bu barədə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Baş direktoru Saltuk Düzyol məlumat verib.

O bildirib ki, dəhlizin keçdiyi dövlətlərlə yanaşı Avropanın bir çox ölkəsi Azərbaycandan qaz alır: 

“Hazırda Cənub Şərqi Avropa ölkələrinin daha çox qaz idxalından asılı olduqları görünür. Onlar tədarükü artırmaq üçün yeni boru xətlərinin inşasını tələb edirlər. Son aylar Ukrayna gərginliyi də Avropanı alternativ enerji mənbələri ilə bağlı düşündürür. Belə bir məqamda Azərbaycan ən etibarlı alternativ enerji təminatçısı kimi çıxış edir. Cənub Qaz Dəhlizinin rolu bu cəhətdən çox əhəmiyyətlidir”.

O bildirib ki, hazırda 16 milyard kubmetr qazın daşınması mümkündür, lakin onun həcmini artırmaqla Azərbaycanda hasil ediləcək əlavə həcmlərin ixracını təmin etmək olar:

“Böyük həcmdə enerji alıcıları kimi Türkiyə və Avropanın bu məsələdə ortaq maraqları var. Bu həm də bazarda qiymətlərin də rəqəbətli olmasına gətirəcək. Nəql ediləcək qaz həcmlərinin artırılmasında hər kəs qazanclı çıxacaq”.

Nigar Məmmədova

0.30818581581116