Rublun çöküşü davam edir

Ötən sutka ərzində beynəlxalq maliyyə bazarlarında rubl öz dəyərinin 2,5%-dən çox itirib.

Moskva birjasının məlumatına görə, avro 2021-ci ilin aprelindən bəri ilk dəfə 92 rublu, dollar isə 81 rublu ötüb.

Qeyd edək ki, Rusiya milli valyutası ölkə prezidentinin qondarma “DXR” və “LXR”-i tanıma qərarından sonra kəskin ucuzlaşmağa başlayıb.

Mənbə: RİA Novosti

0.31411910057068