Azərbaycanlı milyarder Ukrayna-Rusiya müharibəsinə görə 6,2 milyard dollar itirdi

Ukraynada müharibənin ilk günündə Rusiyanın ən zəngin iş adamlarının sərvəti 39 milyard dollar azalıb.

Bu barədə “Bloomberg” xəbər yayıb.

Ən böyük zərər “Lukoyl”un prezidenti Vahid Ələkbərova dəyib, onun sərvəti bir gündə 6,2 milyard dollar azalaraq, 13 milyard dollara düşüb.

“Nornikel” şirkətinin prezidenti Vladimir Potanin isə təxminən 3 milyard dollar itirib. Bundan başqa “Severstal”ın direktorlar şurasının rəhbəri Aleksey Mordaşov 4,2 milyard dollar zərərə düşüb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada xüsusi hərbi əməliyyat keçirmək barədə qərarı ilə əlaqədar ABŞ, Aİ və bir sıra digər ölkələr Rusiyanın ən böyük bank və təşkilatlarına qarşı sanksiyalar tətbiq edib. Nəticədə Rusiyada fond bazarı əsas hərracların nəticələrinə görə fevralın 24-də 33,28 % dəyər itirib.

Ümumilikdə fevralın 16-dan bəri rusiyalı milyarderlər 90 milyard dollar

0.3476619720459