Rus rublu ilə bağlı məhdudiyyətlərin səbəbi AÇIQLANDI

Səhər saatlarında ölkə üzrə bütün banklarda rubla bağlı əməliyyatlarda problemlər mövcud olub. 

Xeber-ps.com-ın əldə etdiyi məlumata görə, buna səbəb isə səhər saatlarında Moskva birjasının işə başlamaması olub. 

Bildirilib ki, Moskva birjasında rublun kursu müəyyən edilir və yalnız bundan sonra Azərbaycanın Mərkəzi Bankı həmin kursu ölkə üzrə banklara təqdim edir. 

“Ölkə üzrə banklar rubl əməliyyatlarını da verilən kursa görə müəyyən edir. Bu gün səhər saatlarında Moskva birjası işə başlamamışdı. Buna görə də ölkədəki banklarda kurs mövcud deyildi. Bu səbəbdən bütün banklar hansı kursun müəyyən ediləcəyini bilmədiyindən qısamüddətli məhdudiyyətlər yarandı. Nəhayət, Moskva birjası bu kursu təyin etdikdən sonra bütün banklarda hər şey qaydasına düşdü”, - deyə məlumatda qeyd edilib. 

Xatırladaq ki, bu gün səhər saatlarında ölkə üzrə bütün bankların Rusiya rublu ilə bağlı əməliyyatlarda bir sıra məhdudiyyətlər tətbiq etdiyinə dair məlumat yayılmışdı.

0.30906200408936