Aİ avro əskinaslarının Rusiyaya ixracına qadağa qoydu

Avropa İttifaqı növbəti sanksiyalar paketi çərçivəsində Rusiyaya avro əskinaslarının ixracını və idxalını qadağan edib.

Bu barədə Avropa İttifaqının rəsmi jurnalında dərc olunan sənəddə deyilir.

Bildirilir ki, istisnalar ancaq Rusiyaya gedən fiziki şəxslərə (şəxsi istifadə üçün), habelə hüquqi toxunulmazlığı olan diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara aiddir.

Xatırladaq ki, Aİ bundan əvvəl Rusiyanın yeddi bankını SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemindən .

Mənbə: İnterfaks

0.34818911552429