Rusiyanın suveren kredit reytinqini “CCC” səviyyəsinə endirilib

“S&P Global Ratings” (S&P) beynəlxalq reytinq agentliyi Rusiyanın xarici valyutada uzunmüddətli suveren kredit reytinqini “BBB”dən “CCC”yə endirib.

Bu barədə agentliyin yaydığı hesabatda deyilir.

Həmçinin uzunmüddətli yerli valyuta reytinqi “BBB”dən “CCC”yə endirilib.

Qeyd olunur ki, reytinqlər mənfi proqnozla “CreditWatch” siyahısına yerləşdirilib.

“CCC+”, “CCC” və “CCC” reytinqləri o deməkdir ki, ölkənin ödəmə qabiliyyəti ilə bağlı çətinliklər var, borcları ödəmək imkanları əlverişli iqtisadi konyunkturadan asılıdır.

Xatırladaq ki, “Moody's” Beynəlxalq reytinq agentliyi də Rusiyanın reytinqini birdən-birə altı pillə aşağı salaraq, “Baa3”dən “B3” səviyyəsinə .

Mənbə: RİA Novosti

0.36047196388245