Azərbaycan neftinin qiymətində illik rekord təkrar YENİLƏNDİ

Azərbaycan neftinin qiyməti 118 dolları keçib.

Xeber-ps.com xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 2,07 ABŞ dollar, yaxud 1,8 % faiz artıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 118,17 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

0.28662800788879