Bakı sakini boynundan bıçaqlanıb

 

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Seynur Hüseynov Salman oğlu dava zamanı boyun nahiyəsi və döş qəfəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb.

O, cərrahi əməliyyat edilib. Vəziyyəti ağır qiymətləndirilir.

0.41225600242615