Bakıda avtomobil işıq dirəyinə çırpılıb, qadın ölüb

Bakıda avtomobil işıq dirəyinə çırpılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 5-də saat 1 radələrində Nərimanov rayonu ərazisində paytaxt sakini F.Yeqanlı BMW markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub.

Nəticədə avtomobildəki sərnişinlərdən Röyalə Səmədova hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdiriliblər.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

0.35690212249756