Azərbaycan neftinin qiyməti artdı

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Xeber-ps.com-ın xəbərinə görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 8,3% və ya 9,93 dollar artaraq 128,71 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

0.41877913475037