Ötən il Azərbaycanda intihar edənlərin arasında evlilər üstünlük təşkil edir

Ötən il Azərbaycanda 612 özünü öldürmə hadisəsi qeydə alınıb.

“Report”un xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd edilib ki, baş verən intihar hadisələrindən 438-i kişi, 147-si isə qadın tərəfindən törədilib. Onlardan 313 nəfəri evli, 299 nəfəri isə subay olub.

0.36411094665527