Azərbaycanda bahalaşma gözlənilir? - VİDEO

Bu gün dünya iqtisadiyyatı yenidən formalaşır. Çünki Ukrayna müharibəsi fonunda müşahidə olunan toqquşmalar özü ilə iqtisadi sanksiyalar gətirdi. Rəsmi Moskvanın da buna cavabı gecikmədi. 

Rusiya istehsal etdiyi məhsulların ixracına məhdudiyyət tətbiq etdi. Bu isə təbii ki, Rusiyanın ticarət tərəfdaşı olan ölkələrə, o cümlədən Azərbaycana mənfi təsir edəcək. Bu gün Rusiya Azərbaycanın qeyri-neft sektorunda xammalın idxalında böyük paya malikdir. Bu ölkədən xammalın da idxalına qadağa qoyulması yerli istehsalçıları çətin vəziyyətdə qoya bilər. Nəticədə ölkədə süni qiymət artımları və hansısa malların piştaxtalardan yoxa çıxmasına şərait yaradar. 

İqtisadçı ekspert Elşad Məmmədovun sözlərinə görə, hazırda dünya bazarında buğdanın qiymətinin bu dərəcədə artması yaxında Azərbaycanda inflyasiyanın sürətlənməsinə səbəb ola bilər. Bir sözlə, baş verən qlobal proseslər iqtisadiyyatımıza mənfi təsir edəcək. Bunu minimuma endirmək üçün ilk növbədə idxaldan asılılığı aradan qaldırmaq lazımdır. Eyni zamanda yerli istehsal daxildəki xammalla təmin edilməli, sahibkara müəyyən iqtisadi güzəştlər təklif olunmalıdır. Əks halda bahalaşma qaçılmaz olacaq.

Ətraflı süjeti təqdim edirik:

 

0.32866501808167