Yeni dəb trendləri açıqlandı

 

“Who What Wear” jurnalının dəb redaktorları bu mövsümün  yeni dəb meyllərini sadalayıblar.

Ekspertlər Paris Dəb Həftəsi çərçivəsində keçirilən şouların görüntülərini təhlil edərək 2022-ci il üçün aktual olan geyim, ayaqqabı və zinət əşyalarını seçiblər. Siyahıya zolaqlı və ya çiçək naxışlı paltarlar, Vəhşi Qərb üslubunda geyim və aksessuarlar, o cümlədən dəridən hazırlanmış kouboy çəkmələri və baş geyimi daxil edilib.

Bundan əlavə, mütəxəssislər neon çalarlarında geyimlərə diqqət yetirməyi məsləhət görüblər. Sarı, yaşıl, narıncı bu yazın başlıca rəngləri kimi qeyd olunub.

0.39920711517334