Göyçayın keçmiş icra başçısı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən dindirilib

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar davam etdirilir.

APA xəbər verir ki, bir müddət əvvəl rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Mehdi Səlimzadə artıq iş üzrə dindirilib.

Bundan başqa, icra hakimiyyətinin bəzi vəzifəli şəxslərinin də ifadələri alınıb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar bir müddət əvvəl başlanılıb.

0.37973499298096