Pensiyaçılara ödənilən birdəfəlik maddi yardımlarla bağlı YENİLİK

“Qulluq stajına görə əlavələrlə pensiya təyin edilən şəxslərə gələcəkdə veriləcək artımlar yeni qaydalara əsasən hesablanacaq”.

Xeber-ps.com-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədr müavini Zəka Mirzəyev “Sosial saat” verilişində deyib. 

Onun sözlərinə görə, hərbçilərin vəzifə maaşı pensiya məbləğində müəyyən hissəni təşkil edir:

“2021-ci ilin sonlarında müvafiq sərəncamla hərbi rütbəli şəxslərin vəzifə maaşlarına 20 faiz məbləğində əlavə olunub. Hesablamalar göstərdi ki, bu da onların əmək pensiyalarının artımının 9,2 faizini təşkil edir”.

“Yeni sərəncamla olacaq maddi yardım isə 10 faiz təşkil edir”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

0.40034294128418