Gəncəyə qar yağdı: Yollarda işlərə başlanıldı - FOTO

Gəncə şəhərinə və ətraf bölgələrə qar yağır.

APA-nın yerli bürosunun verdiyi məlumata əsasən, saat 19.00 dan başlayan yağış 22.00-dan etibarən sulu qara və qara çevrilib.

Göygöl, Daşkəsən və Şəmkir rayonlarına qar daha intensiv düşüb. Yollarda hərəkətin təmini üçün artıq işlərə başlanılıb və avtomobillərin hərəkətində heç bir məhdudiyyət yoxdur.

0.37151002883911