Özcan Deniz iranlı sevgilisi Samar Dadgar ilə evlənir - FOTO/VİDEO

Türkiyənin məşhur müğənnisi Özcan Dənizin bir ilə yaxındır ki, sevgili olduğu iranlı Samar Dadgarla nikah masasına oturacağı barədə söhbətlər yayılıb.

Özcandan 23 yaş kiçik olan Dadgarın ötən günkü paylaşımı isə bu şayiələrin həqiqətə çevriləcəyini göstərib. Belə ki, o, tək qaşlı üzüyünün fotosunu yayımlayaraq "Hədiyyə kimi gəldin, xoş gəldin" şərhini yazıb.

Xatırladaq ki, Özcan Dəniz 2018-ci ildə evləndiyi Feyza Aktan ilə 2019-cu ildə qalmaqallı şəkildə ayrılıb.

0.37195205688477