Çavuşoğlu: “Ermənistan Azərbaycanın təklif etdiyi sülh şərtlərinə müsbət cavab verməlidir”

Türkiyədə təşkil edilmiş Antalya Diplomatiya Forumu başa çatıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Forumun bağlanış mərasimində çıxış edib.

O, Ermənistanla ölkəsi arasındakı normallaşma prosesinə toxunaraq, burada Azərbaycan –Ermənistan münasibətlərinin də mühür rol oynadığını dilə gətirib.

“Ermənistan və Azərbaycan arasında atılan hər addımı dəstəkləyirik. Biz Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana bildirdik ki, Ermənistan Azərbaycanın təklif etdiyi sülh şərtlətinə müsbət cavab verməlidir. Belə ki, bu, hər birimiz üçün faydalı olacaq”, - deyə Çavuşoğlu bəyan edib.

Mənbə: TRT

0.41899085044861