BMT rəhbəri Ərdoğana təşəkkür etdi

BMT-nin baş katibi Antonio Quterreş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Bu barədə bazar günü baş katibin ofisinin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, Quterreş Rusiya və Ukrayna arasında vasitəçilik səylərinə görə Ərdoğana minnətdarlıq edib. Tərəflər sülhün ən mühüm məqsəd olduğu üçün münaqişəyə son qoymaq məqsədilə müxtəlif təşəbbüsləri müzakirə ediblər.

Həmçinin, söhbət zamanı nüvə təhlükəsizliyi məsələləri, habelə böhranın dünyanın ərzaq və enerji təhlükəsizliyinə təsiri ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: TASS

0.56296992301941